Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

CAHİL CƏMİYYƏTİNİ TANIMAQ 

Cahil cəmiyyətinin ən diqqətə çarpan xüsusiyyəti, bu cəmiyyəti meydana gətirən insanların böyük əksəriyyətinin Allahı tanımamaları və Allahın razılığından uzaq bir həyat sürmələridir. Bu da onların Qurandan və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən tamamilə ayrı bir düşüncə və əxlaq anlayışı inkişaf etdirmələrinə səbəb olur. Halbuki, Quran, bir insanın ömrü boyunca ehtiyac duya biləcəyi bütün məsələlərə cavab verən, həyatının hər sahəsinə həll yolu gətirən İlahi bir kitabdır. Quran Allah Qatından endirildiyi üçün, insanın yaradılışına ən uyğun əxlaq anlayışını və ən gözəl həyat tərzini öyrənəcəyimiz qaynaqdır.

Ancaq bu cür qəti və etibarlı bir rəhbər varkən, onu tərk edib öz doğrularını və səhvlərini öz yanlış ölçülərinə görə təyin edən, özünə xas səhv dəyər mühakimələri inkişaf etdirən bir cəmiyyətin məntiqi "cahilcə" qalar. Necə ki, cahil cəmiyyətin seçdiyi həyat tərzinin, sonrakı hissələrdə çox daha təfərrüatlı olaraq araşdırıldığında, nə dərəcə səthi olduğunu, gündəlik həyatın axışında da görmək mümkün olacaq. Cahil cəmiyyətinin həyat tərzinə və əxlaq anlayışına toxunmazdan əvvəl, bu cəmiyyətin ümumi xüsusiyyətləri haqqında qısaca fikir sahibi olmaqda fayda vardır.

 

Hər dövrdə bir cahil cəmiyyət vardır

Günümüzə qədər yaşamış bir çox cəmiyyətdə, cahillik sistemi içində olan və bu sistemi mənimsəyərək Allahın razılığını axtaran insanlardan ibarət iki ayrı dəstə olmuşdur. Allahın Quranda təyin etdiyi sərhədlərin xaricində yaşayan bütün insanlar, cahil cəmiyyəti meydana gətirərlər. Bu kəslərin öz aralarında fərqli həyat şərtləri, görüş və düşüncə ayrılıqları olsa belə, əsasən ortaq bir məntiq yanlışlığı üzərində hərəkət edərlər. Bu yanlış məntiq də, Allahın Quranda bildirdiyi və məmnun olduğu əxlaqın xaricində yaşamaqdır. Hər nə qədər bunu şifahi olaraq açıq şəkildə ifadə etməsələr də bu kəslərin, Allahın bildirdiyi hökmlərdən güzəştə getmələri, dünyəvi istəklər üzərinə qurulmuş bir həyatı seçmiş olmaları, öz nəfslərini məmnun etmək üçün bir çox əxlaqi dəyəri gözardı etmələri cahillik sisteminin bir fərdi olduqlarını göstərir. Cahil cəmiyyətin yalnız dünya həyatı ilə məhdud olan dünya görüşü Quranda belə bildirilir:

Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı olanlar və bununla təmin olanlar və Bizim ayələrimizdən xəbərsiz olanlar ... (Yunis surəsi, 7)

Həqiqət budur ki, bunlar, keçici olan (dünyan)ı sevirlər. Önlərində olan ağır bir günü unudurlar. (İnsan surəsi, 27)

Dünya həyatının nemətlərindən istifadə etmək əlbəttə ki, yanlış bir şey deyil. Çünki Allah dünyadakı nemətlərin hamısını insanların faydalanmaları üçün yaratmışdır. Ancaq cahil cəmiyyətin düşdüyü yanılma budur: Cahil insanlar dünya nemətlərini istifadə etməklə kifayətlənməz; bunlara ehtirasla bir bağlılıq göstərər və ayədə də ifadə edildiyi kimi "dünya həyatına aldanırlar". Daha da əhəmiyyətlisi, bunları özlərinə verənin Allah olduğunu unudub, Ona lazım olduğu kimi şükür etməzlər.

Bu səbəblə, günümüzə qədər gələn nəsillərin həyat tərzləri, zənginlikləri, mədəniyyətləri, mədəniyyət quruluşları, irqləri, rəngləri, dilləri bir-birlərindən hər nə qədər fərqli olsa da, təməl məntiq və zehniyyət baxımından cahil cəmiyyətləri bir-birlərinin eynisi olmuşlar. İstər tarixin ən ibtidai qəbilələrinə, istər ən ehtişamlı mədəniyyətlərinə, istərsə də müasir cəmiyyətlərimizdən birinə baxaq, cahil inancını yaşayan hər cəmiyyətin arxasıyca qaçdığı şey yenə yalnız dünya həyatının bəzəkləri olmuşdur.

 

Cahillik əxlaqı nəsildən-nəsilə ötürülən batil bir "inanc sistemi" dir

Cahil cəmiyyətlərin bir başqa xüsusiyyəti də insanların həyata dair məlumatları, özlərini yaradan Rəbbimizdən endirilən haqq kitablardan öyrənmək əvəzinə, atalarından öyrəndikləri batil inanclar və səhv tətbiqlərdən almalarıdır.

Nəsildən-nəsilə miras olaraq ötürülən bu batil sistem, heç bir zaman sorğulanmaz. Hər cür məlumat qəti bir həqiqət olaraq qəbul edilir. Bütün dəyər mühakimələri, doğrular, səhvlər yeni nəslə hazır olaraq verilir. Bu səbəblə də, cahil cəmiyyətin bir hissəsi, həyatları boyunca doğruları axtarmaq kimi bir ideal içərisinə girməzlər.

Quranda, cahil cəmiyyətində yaşayan kimi insanların atalarından miras aldıqları bu batil sistemə necə sorğu-sualsız sahib çıxdıqları və düşünməyə ehtiyac hiss etmədən haqq dindən necə üz çevirdikləri belə xəbər verilir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

 

Sayca çox olmaları, yaşadıqları həyatın doğruluğunu göstərməz

Cahil cəmiyyətlərlə bağlı olaraq Qurandan öyrəndiyimiz çox əhəmiyyətli bir məlumat da, bu birliklərin əksərən inanan insanların yaratdığı birliklərdən sayca çox olduqlarıdır. Quranda iman edənlərin sayının az olacağı bildirilir:

Sən şiddətlə arzu etsən belə, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)

Beləcə onlar, az bir hissəsi istisna olmaqla, iman gətirməzlər. (Nisa surəsi, 46)

... Xeyr, onların əksəriyyəti iman gətirməzlər. (Bəqərə surəsi, 100)

Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 106)

Bununla yanaşı bu mövzu, inanmayanlar üçün də olduqca əhəmiyyətli bir sınaq mövzusudur. İnsanların böyük bir qismi, çoxluğun arxasından getməyi adət halına gətirmişdir və doğru olanın çoxluğun etdiyi hərəkət olduğunu zənn edər. Çoxluğun fikri hər zaman mütləq doğru və azlığın fikri də yanlış qəbul edilir. Bu səbəblə də, bəzi insanlar haqqa dəvət edildiklərində bəhanə olaraq bu səhv məntiqi irəli sürürlər.

Şübhəsiz ki, bu fərqlilik, Allahın əhəmiyyətli hikmətlərlə yaratdığı bir vəziyyətdir. İman edənlərin sayca az olması, onların gözəl əxlaqlarını qiymətli edər və axirətdə alacaqları qarşılığı artırır. Çünki dünya həyatı insanların sınanması üçün çox müxtəlif bəzəklərlə təchiz edilmişdir. Bütün bunlara baxmayaraq, axirət üçün yaşayan bir insan, bu bəzəklərə aldanan çoxluqdan çox daha üstündür.

Halbuki, cahil cəmiyyətin müdafiə etdiyi bu dəyər doğru deyil və cahil cəmiyyətin səthi məntiqinin yanlış bir yanaşmadır. Cahil cəmiyyətin sayca çox olması, bu insanların haqlı olduqlarını göstərməz; əksinə bu vəziyyət dünya həyatını seçərək nəfslərinin xoşuna gələn işləri etmək istəmələrindən irəli gəlir. Şübhəsiz ki, “mən çoxluğa tabe oluram, necə olsa onların söylədikləri doğrudur” kimi ağılsız bir bəhanə irəli sürərək, Allahın razılığını və əmrlərini gözardı edən bir insan ancaq özünü aldadır.

Allah Quranda belə bir cəmiyyətin sayca çox olmasının hikmətlərini xəbər verir və inanan qullarına, bunun bir ölçü olmadığını, əksinə vicdanın səsini dinləmədən çoxluğa uymanın səhv olduğunu bildirir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır. (Ənam surəsi, 116-117)

Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir. (Yunis surəsi, 36)

Möminlərin həqiqəti tapmasındakı ölçü və rəftarları isə Quranda belə təsvir edilir:

... Məhz (Allaha) təslim olanlar, artıq onlar “həqiqəti və doğrunu” araşdırıb-tapanlardır. (Cin surəsi, 14)

 

Cahil cəmiyyətlər hər dövrdə mütləq xəbərdar edilmişdir

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirik. (İsra surəsi, 15)

Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qəsas surəsi, 59)

Quranda yer alan bu ayələr, hər cahil cəmiyyətə mütləq özlərinə haqq dini izah edəcək bir elçi göndərildiyini ifadə edər. Allah sonsuz ədalət sahibi olduğu üçün, özlərinə din əxlaqı təbliğ edilməmiş və buna görə xəbərdar edilməmiş bir birliyi əzablandırmayacağını xəbər vermişdir. Allah bu məqsədlə göndərdiyi elçiləriylə, Özündən başqa heç bir tanrı olmadığını bildirmiş və insanları çətin bir günə qarşı hazırlıq etmələri üçün xəbərdar etmişdir.

Bir ayədə Allah belə buyurmuşdur:

Onlara da öz içlərindən: "Allaha ibadət edin. Ondan başqa sizin başqa məbudunuz yoxdur, yenə də qorxmursunuz?" (Desin) deyə içlərindən bir elçi göndərdik. (Muminun surəsi, 32)

Quranda xəbər verilən bu əhəmiyyətli həqiqət ilə birlikdə, cahil cəmiyyətin əslində sahib olduğu səthi məntiqi yaşamaqda bilərəkdən dirəndiyini də görmüş olarıq. Bu insanlar, Allahın və axirətin varlığı onlara aydın izah edildiyi, doğru və yanlışlar bildirildiyi halda, batil cahillik dinini yaşamaqda israrlı davranırlar. Bir başqa ayədə də, onlara xəbərdaredici gəldikdə, bu cəmiyyətin liderlərinin mütləq üz çevirdikləri bildirilir:

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – dedilər. (Zuxruf surəsi, 23)

 

Bütün ömürləri çətinlik və sıxıntı içində keçər

Cahillik əxlaqını yaşayan bir insan bütün planlarını yalnız dünya üzərinə qurar və axirəti də tamamilə unudar. Dünyaya olan sevgisi qısa müddət içərisində bir ehtirasa çevrilər və nə sərvəti, nə şöhrəti, nə də etibarı özünü təmin etməz vəziyyətə gələr. Nə qədər çoxunu əldə edərsə, bir o qədər daha əldə etmək üçün həvəslənir. Bu ehtiras onun qısa müddət içərisində fiziki mənada qocalmasına, eyni zamanda bir çox əxlaqi dəyərini də itirməsinə səbəb olur. Mənfəətçilik və mənfəətpərəstlik, dünya həyatında kimsə ilə həqiqi dost ola bilməməsinin və yalnızlıq içərisində yaşamasının səbəbidir. Bütün bunlar və kitabın sonrakı hissələrində oxuyacağınız cahillik əxlaqının gətirdiyi digər çətinliklər, insanın dünya həyatından həqiqi bir zövq ala bilməməsinə və xəyal qırıqlığına uğramasına səbəb olur.

Məhz bu, yalnız dünya həyatını seçən insanların içinə düşdükləri böyük bir yanılmadır. Onlar öz aləmlərində bütün nemətlərdən zövq ala bilmək üçün bir çox hadisədə Allahın əmrlərinə, İslam əxlaqının tələbinə zidd hərəkət edərlər. Bununla, nəfslərini təmin etməyi və dünyəvi nemətlərdən faydalanmağı məqsəd qoyarlar. Lakin vəziyyət heç bir zaman sandıqları kimi olmaz. Allahın yaratmış olduğu fitrətə zidd davrandıqları üçün axtardıqları xoşbəxtliyə heç bir zaman qovuşa bilməz və bir tərəfdən də dünyanın nə qədər qısa və əskik olduğunu bilərlər. Yuxarıda açıqladığımız kimi dünya həyatı, yalnız bir imtahan yeridir.

Bu aşkar həqiqətə baxmayaraq, çox vaxt bu insanlar, içində olduqları vəziyyəti dünyada ikən anlamağa çalışmazlar. Bütün həyatlarını dünya zövqləri uğrunda sərf etdikdən və ölümün astanasına gəldikdən sonra bu əhəmiyyətli həqiqəti fərq edən insanların varlığını Allah Quranda bildirmişdir. Bu, dönüşü olmayan bir peşmanlıqdır. Amma bundan da əhəmiyyətlisi, itirilən şeyin yalnız dünya həyatı olmadığıdır. Allah, səhv məntiqlərinin ardınca gedib, Allaha hesab verəcəklərini unudan bu insanların axirətdə də böyük bir hüsrana uğrayacaqlarını xəbər verir:

Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay halımıza!” Onların daşıdıqları şey necə də pisdir! (Ənam surəsi, 31)

Buna qarşı, bütün həyatlarını Allahın razılığını və axirəti hədəfləyərək keçirən möminlər də, Allahdan bir mükafat olaraq həm dünyada gözəl bir həyat yaşayar, həm də axirətdə cənnət ilə mükafatlanarlar:

Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 148)

De ki: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?" De ki: "Bunlar, dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə yalnız onlarındır." Bilən bir tayfa üçün belə müfəssəl izah edirik. (Əraf surəsi, 32)

Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 63-64)

 

 

Niyə səthi bir həyatı seçərlər?

Hər şeyin dünyayla məhdud olduğunu zənn etdikləri üçün

Cahil cəmiyyətdə insanının əsas xüsusiyyətlərindən biri, daha əvvəl də ifadə etdiyimiz kimi, dünya həyatını hər şeydən üstün tutmasıdır. Bunun mənası budur: İnsanın böyük bir ağılsızlıqla özünə dünyada verilən "müvəqqəti" həyatı "əsas" qəbul edərək, sonsuz davam edəcək axirət həyatı üçün bir hazırlıq görməməsi.

Quranda bu yanlış məntiqə sahib olan insanların söylədikləri belə xəbər verilmişdir:

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik. (Muminun surəsi, 37)

Bu kəslər Allahın insanları yenidən dirildəcəyinə inanmadıqları üçün dünya həyatında etdikləri hərəkətlərin bir məsuliyyəti olduğunu düşünməzlər. Axirətdə Allahın qarşısında hesab verəcəklərini, Onun razılığına zidd davrandıqları üçün tövbə etməsələr əzablandırılacaqlarını gözardı edərlər. Məhz bu düşüncə ilə cahillik insanları özlərini aldadırlar. Onlar bu həyat şəklini, daha çox mənfəət əldə edə bilmək və dünyadan daha çox faydalana bilmək üçün seçərlər. Halbuki, əldə edə bildikləri nəticə bunun tam əksidir. Maddi və mənəvi həzlərin çoxunu itirər, həyatdan, ətraflarındakı insanlardan və özlərinə verilən nemətlərdən ümid etdikləri zövqü ala bilməzlər.

Çünki Allahı və axirət gününü unutduqları və Allahın razı olacağı həyat şəklinin xaricində yaşamalarından ötrü Allah bu kəslərin zövqlərini, sevgilərini, xoşbəxtliklərini əllərindən alır. Zahirən hər nə qədər nəfslərinin xoşuna gələn hadisələri seçim etsələr də, vicdanlarının səsini dinləmədikləri üçün əsla hüzur tapmaz, xoşbəxt ola bilməzlər. Həmçinin, Allahın verdiyi nemətləri özləri qazandıqlarını zənn etdikləri üçün yenə onları özlərinin hər hansı bir hadisə ilə asanlıqla itirəcəklərini düşünürlər. Bu səbəblə, həmişə əllərindəkini itirmə narahatlığını yaşıyarlar. Quranda bildirilən təvəkkülü yaşamadıqları üçün bu kəslər gələcək qorxusu içindədirlər. Bu səbəblə, dünyəvi mənada istədikləri bir çox şeyə sahib olsalar da, mənəvi əzab və sıxıntı içində yaşayarlar. Bu da Allahın yalnız dünya həyatına razı olan insanlara vermiş olduğu dünyəvi bir əzabdır.

Dünya nemətlərindən zövq ala bilməyin yolu, bu nemətlərin həqiqi sahibinin Allah olduğunu bilmək və Allahın razılığını axtararaq bu gözəlliklərdən istifadə etməkdir. Bu əhəmiyyətli həqiqəti qavrayan bir insan, dünyəvi nemətlərin keçici olduğunu, amma sonsuz axirət həyatında dünya şərtləri ilə müqayisə edilməyəcək qədər üstün gözəlliklərin sonsuza qədər özünə vəd edildiyini bilir.

"Yaxşı, cahil cəmiyyət bu əhəmiyyətli sirrin fərqinə varmırmı? Ya da dünyadan zövq ala bilmədiyini gördüyü halda niyə bu səthi məntiqi yaşamağa davam edirlər?" sualının isə, cavabını Allah Quranda bildirmişdir:

Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. (Nəhl surəsi, 107)

Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.  (Rad surəsi, 26)

Göründüyü kimi, Quran ayələrində, cahil cəmiyyətin səthi məntiqinin arxasında duran əsil səbəbin, onların "dünya həyatına bağlanıb, axirəti unutmaları" olduğu açıqlanır. Halbuki, dünya həyatı insanlardan hansılarının daha gözəl rəftarlar edəcəyinin sınanması üçün hazırlanmış xüsusi bir imtahan yeridir. İnsanların əsil yurdu axirətdir. Ayələrdə bu həqiqət belə ifadə edilir:

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsil həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)

Bu ayələrdə cahil cəmiyyətin dünya həyatına niyə aldandığı və nələri cazibədar gördüyü də ətraflı olaraq açıqlanmışdır. Bunlardan biri, insanların bir çoxunun pula və mülkə qarşı duyduqları ehtirasdır. Ancaq maddi zənginlik insana tək başına ruhən bir hüzur təmin edə bilməz. Bu zehniyyət içində, heç bir zaman həqiqi mənada sevgini və hörməti, həqiqi bir dostluğu tapmazlar. Çünki bunlar ancaq gözəl əxlaqla qazanıla biləcək dəyərlərdir. Bir insanın üstün əxlaqı və səmimi rəftarları, qarşı tərəf üzərində müsbət bir təsir meydana gətirir; bu isə hörmət, sevgi və dostluğun təməlidir. Məsələn, bu ruh halı içərisindəki bir insan, bəlkə dünyanın ən dəbdəbəli evini tikdirər, ən rahat və ən son model avtomobili alar, ən bahalı paltarlarını geyər, ən ləzzətli yeməkləri alır, ağıla gələn ən gözəl əyləncə və tətil mərkəzlərinə gedər; amma heç birində axtardığı hüzur və xoşbəxtliyi tapa bilməz. Ehtiras və hərislik içində yaşadığı üçün hər zaman daha çoxunu istəyər, heç cür əlindəkilərlə məmnun olmaz. Bütün bu nemətlərə sahibkən belə həmişə şikayət edəcək və şikayətlənəcək bir şeylər tapar.

Daşıdıqları hərislik ciddi bəzi əxlaqi pozğunluqları da özü ilə gətirər. Pul ehtirası insanı saxtakarlığa, yalançılığa, eqoizmə, ədalətsizliyə, nifrətə, gərginliyə və daha bir çox rəftar pozğunluğuna sürükləyər. Quranda, cahil cəmiyyətin hər şeyə baxmayaraq bu səthi məntiqdə israr etmələrinin bir səbəbinin də öz aralarında öyünmə ehtirası olduğu göstərilir:

... dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir... (Hədid surəsi, 20 )

Dünya həyatına bağlı olan hər mövzu, cahil cəmiyyət üçün aralarında bir öyünmə və etibar vasitəsidir. İnsanlar tərəfindən təqdir görmək onlar üçün elə böyük əhəmiyyət daşıyır ki, bütün həyatlarını təkəbbürlənə biləcəkləri vasitə axtarmaqla keçirirlər. Yaxşı bir təhsil almaq, etibar əldə edib tanınmış bir insan olmaq, ad-sanlı zənginlər arasına girmək, məşhur bir ailənin üzvüylə dəbdəbəli bir evlilik etmək, hətta çoxlu uşaq sahibi olmaq belə cahil cəmiyyətin əhəmiyyətli öyünmə mövzularındandır. Uşağının gözəl ya da ağıllı olması, hansı məktəblərdə oxuduğu və ya kimlə, necə bir evlilik etdiyi kimi mövzular belə bu yanlış məntiq səbəbiylə bir rəqabət mövzusu olur. Bir insan əlbəttə, yaxşı təhsil almağı, gözəl bir ailə həyatı olmasını, keyfiyyətli və təmiz bir mühitdə yaşamağı tələb edə bilər və bu son dərəcə təbii bir tələbdir. Ancaq bir kimsə bunları tələb edərkən bütün əxlaqi dəyərləri bir yana buraxacaq qədər ehtiraslı davranırsa, bütün bunların müvəqqəti olduğunu unudursa, dünyadakı hər cür varlığın əsil sahibinin Allah olduğunu qavramırsa və sahib olduqları onu Allahı və axirəti xatırlamaqdan uzaqlaşdırırsa, bu məqbul bir vəziyyət deyil. Orta hesabla 60-70 il yaşanacaq qısa bir dünya həyatında insanların özləri kimi aciz və ölümlü başqa insanlara göstəriş edə bilmək üçün, belə aldadıcı bir ehtirasa qapılıb axirəti unutmaları çox böyük bir itkidir.

 

Vicdanlarının səsini dinləməyib nəfslərinə tabe olduqları üçün

Cahil insanların, səthi bir həyatda israr etmə səbəblərindən biri də vicdanlarını ört-basdır edib, nəfslərinin əmrlərinə uyaraq yaşamalarıdır. Hər insanın sahib olduğu, həyatı boyunca verdiyi bütün qərarlara təsir edən iki səs var. Bu iki səs bir-birinə tam zidd məqsədlər üçün yaradılmışdır. Biri, insanları, Allahın məmnun olacağı şeylərə çağırarkən, digəri hər zaman Allahdan uzaqlaşdırır, insana ehtiraslarının, istəklərinin arxasınca sürükləyəcək şeyləri pıçıldayar. Məhz bu iki səs, vicdan və nəfsdir. Quranda bu həqiqət belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Cahil cəmiyyəti tanıdarkən nəfs və vicdan arasındakı ayrı-seçkiliyə xüsusilə diqqət çəkmək lazımdır. Çünki bir insanı "cahil" edən ən böyük ünsür, vicdanını dinləməməsi, buna görə də, yalnız və yalnız nəfsinin arzularının arxasınca qaçmasıdır.

Ancaq nəfslərinə uymadakı bu israrlı davranışları cahil insanlara heç bir şey qazandırmaz. Əksinə böyük bir itki içində ömür sürmələrinə səbəb olar.

 

İmandan uzaq yaşayan insanlara Allahın verdiyi böyük əzab

ADNAN OKTAR: Bütün dünyaya Allah cəza verdi. Yəni 90%-nə deyirəm, baxın ən az hətta 99%-nə belə bir cəza verdi Allah bu dünyada. İnsanlardan sevgini aldı Allah. Yəni evlənənlər həmişə məntiq evliliyi edirlər. Ehtirasa, eşqə əsaslanan, Allah eşqinə əsaslanan evlilik edə bilmirlər.

APARICI: Cəzanın səbəbi nədir?

ADNAN OKTAR: Allahı unutdular, darvinizmə girdilər, materializmə girdilər. Qardaşım indi evləndiyi qadını bir meymun növü olaraq görür, yəni meymundan təkamülləşmiş bir heyvan və yox olub gedəcək bir heyvan olaraq görür. Başında bir az saç olan, tük olan, əli ayağı olan bir meymun kimi görür. O da qarşısındakını meymun kimi görür. Yəni daha inkişaf etmiş, daha dəyişik bir meymun növü olaraq görür. İki meymunun bir evdə yaşadığını düşünürlər. Yəni "necə mağaralarda meymunlar daha əvvəl yaşayırsa, biz də evdə yaşayırıq" deyir, "bir az daha inkişaf etmişik" deyir. İndi bu vəziyyətdə eşq, ehtiras, dərinlik olur mu? Yəni mümkün mü?

Başı-beyni boşalır adamın. Və baxıram mən, aslan kimi cavanlar amma çox mexanikidirlər. Qızlara baxıram, qadınlara baxıram, çox mexanikidirlər. Məsələn, manekenlərin gözlərində ən kiçik bir dərinlik parıltısı, bir ehtiras parıltısı görülmür. "Evlənək" deyirlər, buyurun; "Nədir peşən" deyir. "Bu" deyir, "Çox gözəl" deyir. "Maşının varmı" deyir, "Var" deyir. Birdən-birə içində bir eşq hiss etdiyini söyləyir ona qarşı, təsvir edilə bilməyəcək bir eşq meydana gəldiyini söyləyir. Malın gücü artdıqca eşqin dərinliyi də artır. "Dəlicə bir ehtirasa çevrildi mənimki artıq" deyir. Bir gün insan deyir ki, "Mən" deyir, "Çox üzr istəyirəm iflasa uğradım" deyir. Üç gün sonra qadın, "Bir şey oldu" deyir, "Ayrılaqmı görəsən" deyir.

Məhz belə gələn, belə gedər. Malla gələn malla gedər. Ətlə gələn ətlə gedər. Məsələn, tipinə görə evlənir. Başqa tipi daha düzgün birini tapır. Bitdi. Pulu üçün evlənir, daha zəngin biri ona bir az göz qırpır, onu buraxır buna gedir. Peşəsi üçün deyir, məsələn, adam bir mühəndisdirsə, baş mühəndis olur daha da inkişaf edir, yaxşı, ona gedir. Nəyə görə gəlirsə, ona görə də gedir. Onun üçün həqiqi sevgi meydana gəlmir, əsl istək meydana gəlmir. Dünyaya

Allah, həqiqətən, böyük bir fəlakət verdi, böyük bir bəla verdi. Sevgi olmadan onsuz da dünyanın bir mənası yoxdur. O zaman sürünmə qalır geriyə. Yəni yemək yeyəcək, televizoru seyr edəcək, yatacaq, qalxacaq, hamama girəcək, yenə yemək yeyəcək, yenə yatacaq, yenə qalxacaq, hamama gedəcək, işinə gedəcək. İş yerləri sanki onlar üçün bir həbsxana kimi olur. Kiçik bir beton yığını məsələn, ofis deyilən yer, altı var, üstü var, sağı solu var, beton. Qarşısına da bir kompyuter qoyurlar. Səhər səkkizdən axşam bilmirəm neçəyə qədər bütün gün işləyir. Sonra evə gəlir başqa bir betonun içinə daha girir, mənzil dairəsinin içinə girir. Orada da yeməyini yeyir, çirkli qabları yuyur, paltarları yuyur, insanla dava edir qadın, sonra yatırlar, səhər olur yenə yeməklərini yeyirlər, yenə o beton yığınının içinə girir yenə bircə-bircə sayır. Bu otuz il filan davam edir. Sonra təqaüdçü olur.

Təqaüdçü olduqdan sonra da yenə tək beton yığınının içinə girir. Bu, həyatdırmı bu? Yəni bunun üçün mü gəldik biz dünyaya? Bunun adına sürünmək deyərlər. Sürünməyin digər adıdır bu. Belə həyat olmaz. Eşqlə yaşanar, istəklə yaşanar yəni dəlisov ehtirasla. Amma elə bir şey oldu mu, bapbalaca bir yer, dəlicəsinə bir ehtiras varsa, yəni şiddətli zövqlüdür, hər şey zövqlü olur.

Məsələn, qurbağaya baxarsan canın gedər, şəfqət hiss edərsən, hətta məsələn, qarışqanı görərsən onu dərin bir sevgiylə Allahın təcəllisi olaraq seyr edərsən. Çünki o kiçik pəncələriylə gedir, gedir, gedir bir baxırsan özünü təmizləyir, başını-gözünü təmizləyir. Sən haradan öyrəndin o kiçik canınla o təmizlənməyi? Və lak kimi parlayır tərtəmiz. Pəncəsinin ucunda, bapbalaca olan pəncəsinin ucunda bütün bədəninin xüsusiyyətləri və ondan sonrakı nəslin bütün xüsusiyyətləri kodludur.

Kəhrəba içində qarışqa var, yüz milyon illik yaxud yüz iyirmi milyon illik, donmuş qalmış heyvan içində, eynisinin surəti, heç dəyişməmiş. Amma ona Allah eşqiylə baxsaq gözəl olur. Yəni iş yeri Allah eşqiylə gözəl olur. Məsələn, dolmuş quyruqlarında son dərəcə mənasız mat bir üz var. Çölə çıxıram, insanlarda gülümsəmə, yəni bir xoşbəxtlik və sevinc olmalıdır, insanlara Allahın təcəllisi olaraq eşqlə məhəbbətlə insan yaxınlaşar. Məsələn, kiçik uşaqları görürəm. Fövqəladə gözəldirlər. Məsələn, dünən bazar günü, bir mağazaya getdim kiçik bir uşaq, adını verməyim mağazanın, nərdivanın birinci pilləsinə çıxmış, inanılmaz sevimli, yəni uzun müddət baxdım, sevgi göstərdim, getmək istəmədim, içimə yatmadı, yəni o gözəlliyi buraxıb getmək.

Allah hər yeri belə gözəlliklərlə təchiz etmişdir. Amma hər zaman deyirəm, bir dəfə insanlar bir-birlərinə güvənmirlər. Məsələn, qorxu çox geniş yayılıb. Belə həyat olmaz, yəni küçəyə çıx qorx, evə gəl betonun içinə gir. (Cənab Adnan Oktarın Tempo TV reportajından, 21 sentyabr 2009)