Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

CAHİL CƏMİYYƏTİN TƏQDİM ETDİYİ

QARANLIQ HƏYAT TƏRZİ 

Zaman anlayışının artıq əhəmiyyətini itirdiyi, sonsuzluğun başladığı, heç vaxt tükənməyən ehtiramlarla dolu qüsursuz bir cənnət həyatımı, yoxsa ilk on ili uşaqlığın şüursuzluğuyla, son on ili də qocalıb yorgunluğuyla keçən üç-beş on illik, əskik və qüsurlarla dolu bir dünya həyatımı?

Şübhəsiz ki, ağlını istifadə edən hər insan, "qüsursuz və sonsuz olan cənnət həyatını" seçər; acizliklərdən heç vaxt qurtula bilmədiyi bir neçə on il üçün də bundan əsla imtina etməz. Ancaq, göz açıb bağlayana qədər keçib bitən dünya həyatının saxta sehrinə qapılan və axirəti tamamilə unudan insanlar da vardır.

Özlərinə görə mənfəət əldə edə bilmək üçün dünyaya aldanan bu insanlar, bir müddət sonra etdikləri seçimin heç də sərfəli olmadığını anlamağa başlayırlar. Yaşadıqları müddətcə, hər nə edirlər etsinlər, hara gedərlərsə getsinlər, bəla və çətinliklərdən heç cür "yaxalarını xilas edə biləməzlər". Etdikləri seçimin yanlışlığını qəti olaraq anladıqlarında isə, artıq iş işdən keçmiş və ölüm qapılarına dayanmış olur.

Yalnız bir qab yemək, bir yataq və daldalanacaqları adi bir sığınacaq üçün sahibləndikləri dünya həyatı, onlara əllərində qalan 30-40 ilin də heç bir ləzzət vermədiyi bir mühit təqdim edir. Quranda, insanların göz görə-görə bu cür əleyhlərinə işləyən bir sistemi seçmələrinin "ağıllarını işlətmədiklərindən" qaynaqlandığı bildirilir.

Bəs insanların böyük qismi üçün dünyada daimi narahatlıq və sıxıntı qaynağı olan, axirətdə isə onları sonsuz əzaba uğradan həyat tərzinin xüsusiyyətləri nələrdir? Cahil cəmiyyətin insanları necə bir həyat yaşayarlar?

Sonrakı səhifələrdə cahillik insanlarının yaşadıqları mühit ümumi olaraq toxunulacaq. Beləliklə, sahib olduqları səthi məntiq ortaya çıxacaq və edilən seçimin əslində insana, həm qısa, həm də uzun vədlərlə itkidən başqa bir şey qazandırmadığı bir dəfə daha görüləcək.

Ancaq mövzuya keçmədən əvvəl bunu xatırlamaqda fayda var: Burada izah edilən həyat tərzi cahil cəmiyyətlərin ümumi anlayışını ifadə edir. Cahil cəmiyyətin fərdlərinin hamısının tək-tək burada izah edilən hər şeyi yaşadıqlarını söyləyə bilmərik. Sonrakı səhifələrdə izah edilən mühitlərin xaricində yaşayan insanlar da ola bilər. Lakin burada vurğulanan əsas mövzu ümumi məntiqin "səthiliyi" dir. Bu "səthi anlayış" bəzi insanların əxlaqi dəyərlərə yanaşmasında, kiminin mənfəətpərəstliyində, kiminin həyat tərzində, kiminin isə burada heç toxunmadığımız başqa xüsusiyyətlərində görülə bilər. Əhəmiyyətli olan, Allahı və hesab gününü unudaraq həyat sürən insanların, dünyada bu səthiliyini müəyyən bir istiqamətiylə mütləq yaşamalarıdır.

 

Cansıxıcı həyat

Cahillik sistemini qəbul etmiş olan və bundan imtina etməyən insanlar istəsələr də, istəməsələr də həyatın hər mərhələsində sıxıntının içinə girərlər. Ancaq bundan xilas olmanın yolunu da heç cür tapa bilməz və sonunda, özlərinə görə bunun "həyatın qatlanılmalı olan bir həqiqəti" olduğuna qərar verərək, bu batil sistemə boyun əyərlər. Bəhsi keçən kəslərin bu mərhələdən sonra da edə bildikləri tək şey isə, "ömür sərf etmək", digər bir sözlə "ölümü gözləmək" dir.

Səhər oyandıqları andan etibarən hər günkü cansıxılığa bir dəfə daha dönərlər. Yenə erkəndən işə gedəcək, gün boyu eyni insanların üzünü görəcək və yenə hər günkü klassik söhbətləri eşidəcəklər. Axşam eyni avtomobilə minərkən, illərdir hər gün keçdikləri yollardan bir dəfə daha keçəcək və yenə eyni saatda evlərinə çatacaqlar. Eyni masada, eyni insanlarla yenə eyni söhbəti edəcək, günün necə keçdiyini qəlibləşmiş bir neçə cümləylə izah edəcək və televizordakı eyni seriallara bir parça göz atdıqdan sonra bir sonrakı günün cansıxıcılığını qarşılamaq üzrə yatmağa gedəcəklər.

Bunun həmişə belə davam edəcəyini bilmək isə, hər şeyi olduğundan daha sıxıcı və dözülməz görmələrinə səbəb olur. Məsələn, illər əvvəl çox sevərək və bəyənərək aldıqları evləri, artıq dözülməz, sıxıcı bir hal almışdır. Amma çox istisna bir fürsət çıxmadığı müddətcə, o evin içində həyatlarını davam etdirmək məcburiyyətindədirlər. Eyni şəkildə cansıxıcılığın təsiriylə bütün cazibədarlığını itirmiş olan evin hər bir əşyası, onlara yalnız həyatın sıxıcılığını xatırlatmış olur. Ətraflarındakı insanlar da eyni şəkildə adi gəlməyə başlamış və bütün xüsusiyyətlərini itirmişdirlər. Əvvəllər hər an həyəcan və xoşbəxtlik verən ailələri və dostları artıq yalnız vərdiş səbəbiylə axtarılar.

Həyat tərzlərindəki bu cansıxıcılığın əhəmiyyətli bir səbəbi, son dərəcə kiçik hədəflərə sahib olmalarıdır. Dünya ehtirasına ən çox qapılan insanın belə, həyatdan gözlədikləri bir neçə sətirə sığacaq qədər məhdud və kiçik bir dünyanın məhsuludur: Yaxşı bir məktəb bitirmək, çox pul qazandıracaq bir peşə əldə etmək, yaxşı bir evlilik etmək, sağlam uşaq doğmaq, onları ən yaxşı şəkildə oxutmaq və böyütmək, beləcə yaşlılıqda özlərinə baxa biləcək sərmayə qoyaraq ölümü gözləmək ...

Halbuki, insanın əsil və ən böyük hədəfi, Allaha gərəyi kimi qulluq etmək və həyatı boyunca Onun razılığını qazanmağı özünə məqsəd etmək olmalıdır. Belə bir insanın həyatı heç zaman cansıxıcı ya da ötəri olmaz. Hər an möhkəm bir şövq və həyəcan içərisindədir. Dünyada qısa bir müddət qalacaq, amma burada etdiyi gözəl davranışların qarşılığını axirətdə əbədi bir xoşbəxtlik yurdu olan cənnətə girərək alacaq. Bu səbəblə, dünyada "vaxt öldürmək" deyil, əksinə, "vaxt qazanmaq" və 60-70 illik ömrünü sonsuz həyatına ən çox fayda təmin edəcək şəkildə dəyərləndirmə cəhdində olacaq.

Bununla yanaşı, Qurana görə hərəkət edən insanların gündəlik həyatları da heç bir zaman cansıxıcı olmaz. Çünki mömin hər zaman ağlıyla hərəkət edir. Bu səbəblə də, hər an yeni bir xarakter sərgiləyər. Nə özünün, nə ətrafının, nə də fəaliyyətlərinin cansıxıcı olmasına icazə verməz. Ən çətin və məhdud imkanlarda belə ağlını istifadə edərək, hər zaman əvvəlkindən daha da müsbət və yaxşıya aparan dəyişikliklər, sıçrayışlar edər. Ən yorğun olduğu anlarda və ya yaşı artdığı dövrdə belə şövq, həyəcan və məhsuldarlığından ən kiçik bir şey itirməz. Etdiyi seçim həyatını gözəlləşdirirkən özünə cənnət həyatını da qazandırar ki, Allah Quranda iman gətirənlərin bu qazancını belə bildirir:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 34-35)

 

Nəticə bu qədər qazanclı ikən, cahil cəmiyyətinin cansıxıcı şəkildə yaşamağı qəbul etməsi və bundan xilas olmaq üçün cəhd göstərməməsinin səbəbi isə ayələrdə belə bildirilir:

 

... Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər. (Həşr surəsi, 14-15)

 

Sıxıntılı mühitlər

Cahil cəmiyyətlərdə insanlar təvəkkülsüzlüyün gətirdiyi böyük sıxıtı içərisində həyat yaşayırlar. Allaha inanmamaqla ya da Allahın hökmlərinə uymamaqla məsuliyyətlərindən uzaqlaşacaqlarını və beləcə, özbaşına bir həyat yaşayacaqlarını zənn edərlər. Lakin hər nə qədər bu sistemi müdafiə etsələr və belə bir mühitdə daha rahat olacaqlarını irəli sürsələr də, əslində bundan məmnun olmazlar. Çünki ətraflarındakı insanların da əsil hədəfləri yalnız dünyanı yaşamaqdır. Onlar da özləri kimi bu mövzuda olduqca eqoist və hərisdirlər. Bu səbəblə, ətraflarındakı insanlarla həqiqi səmimiyyəti, dostluğu və hüzurlu bir yoldaşlığı yaşaya bilməzlər. Həmçinin, hər kəsin öz cahil qaydalarına görə yaşadığı, Allah qorxusunun, buna görə də, təhlükəsizlik mühitinin olmadığı bir həyat yaşamaq insanlara sıxıntı verər. Yalnız özlərinə görə dünyadan zövq almaq məqsədiylə dinsizliyi seçmişlər. Lakin bu seçimləri onların çox daha sıxıntılı və narahat olmalarına səbəb olur. Hal-hazırda bir çox insanın “stress” deyilən narahatlıqla mübarizə etdiyini bilirik. Məhz bu vəziyyət əslində dünyaya qarşı duyulan ehtirasın bir qarşılığıdır.

Bu sıxıntının əsil qaynağı Allaha güvənib etibar etməməyin gətirdiyi təvəkkülsüzlükdür. Allahın sonsuz gücünü, insanlar və hadisələr üzərindəki idarəsini qavraya bilməyən kəslər daima qorxu və narahatlıq içində yaşayarlar. Qədərlərinin sonsuz ağıl sahibi olan Allahın təqdirində olduğunu unudar, hər şeylə özlərinin mübarizə apardığının lazım olduğunu zənn edərlər. Bu yanlış məntiqə görə hər an başlarına bir şey gəlmə ehtimalı vardır və özlərini qoruyacaq bir gücə də sahib deyildirlər.

Hadisələrə həmişə qorxu dolu və mənfi bir dünyagörüşüylə yaxınlaşarlar. Sakit bir ruh halında çox rahat şəkildə ağıllarından istifadə edə biləcəkləri mövzularda, stressin zehinlərində meydana gətirdiyi səssizlik səbəbiylə həll yolu tapa bilməyərək çarəsiz qalırlar. Həmişə bədbəxtdirlər; qarşılarına çıxan kiçik-böyük hər hadisədən asanlıqla gərginliyə düşə bilərlər. Xüsusilə də çatışmazlıq olaraq xarakterizə etdikləri vəziyyətlər, onlar üçün stressin imtina edilməyən vəsitələridir.

Ancaq bu insanların ən əhəmiyyətli xüsusiyyəti, hadisələr hələ reallaşmadan "Əgər belə olsa?" ya da "necə nəticələnəcək görəsən?" kimi yanlış fikirlərlə özlərini gərginliyə salmalarıdır. Səhər qalxdıqları andan etibarən bu narahatlıqları bir-bir ağıllarından keçirər və ola biləcək çatışmazlıqların, hələ reallaşmadan öncə düşünərək xəyali ssenarilər çıxarmağa başlayarlar. Məsələn, çox əhəmiyyətli bir yığıncağa yetişməli bir iş adamı, ən az bir həftə əvvəlindən ya bir çatışmazlıq çıxar da xəstələnərsə və ya gec qalıb o yığıncağa qatılmazsa nələr olar, nələr itirər, itirdiklərini bərpa etmək üçün nə kimi çətinliklərlə üz-üzə qalmaq məcburiyyətində qalar kimi, tamamilə əsassız və boş düşüncələrlə özünü məşğul edər. Bu məşğuliyyət sadəcə tək bir mövzuya da məxsus deyil. Sağlamlıqları, maddi vəziyyətləri, ailə, iş və yoldaş əlaqələri, qonşuları, ölkə siyasəti, ictimai və iqtisadi vəziyyət və bunlar kimi daha minlərlə çətinlik yaradacaq mövzu vardır onlar üçün. Həmçinin, yalnız öz düşüncələri ilə məşğul olmaqla qalmaz, dostlarının, uşaqlarının, yoldaşlarının, qonşularının xəyali problemlərini da özlərinə dərd edər və bunları düşünərək gərginliklərini daha da artırarlar.

Qurana tabe olan möminlər isə rahatlığı, sevinci, xoşbəxtliyi yaşayarlar. Allahın varlığına və gücünə duyduqları etibardan ötrü heç bir zaman sıxıntıya girməzlər. Qarşılaşdıqları hər hadisəni ağıl və vicdandan istifadə edərək həll etməyə çalışarlar. Hər hadisəni, hər insanı və hər canlını Allahın ən xeyirli şəkildə yaratdığını bildikləri üçün canlılıqlarından, sevinclərindən heç bir şey itirməzlər. Bir hadisə görünüşcə mənfi kimi görünsə də buna görə yas saxlayıb, ümidsizliyə düşməzlər. Bir möminin içində olduğu vəziyyət, qarşısındakı adamın əxlaqı, qarşılaşdığı hadisələr necə olursa olsun, Allaha olan etibarını itirməz və əxlaqdan kənar xüsusiyyətləri göstərməz.

İnananlar Allahın qarşısında aciz varlıqlar olduqlarını və bu səbəblə, səhv edə biləcəklərini bilirlər. Möminlər, səhvləri ya da qüsurları olduğu zaman da təhlükəsiz və rahat şəkildə əskikliklərini düzəltməyin yollarını axtararlar. İmanlarından qaynaqlanan bu rəftar nəticəsində də stress və gərginliyin səbəb olduğu maddi-mənəvi bütün zərərlərdən uzaqlaşmış olarlar.

Yuxarıda təsvir etdiyimiz bu təvəkküllü ruh halı, müsəlmanların bütün həyatlarına hakimdir. Qarşılaşdıqları hər çətinlikdə tək köməkçilərinin Rəbbimiz olduğunu bilirlər. Allaha olan etibarlarında və itaətlərində bir əskilmə olmaz. Çünki bütün canlıları yaradan Rəbbimiz insanlar üçün ən xeyirlisinin nə olduğunu ən yaxşı biləndir. Quran da bir ayədə belə buyrulur:

 

"... Olar ki, xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün şərdir. Allah bilir, siz bilməzsiniz." (Bəqərə surəsi, 216)

 

Buna qarşılıq olaraq, cahilliyin batil sistemini mənimsəyən insanların maddi-mənəvi bir çox zərərlərə uğradıqları görülür. Çürük məntiqlərinin bir məhsulu olan stress, onları həm ruhi, həm də fiziki cəhətdən qocaldar. Bu gərginliyə dünyadan daha çox faydalanmaq üçün düşmüşlər; amma dünyadan heç bir şəkildə zövq ala bilmədikləri kimi, üstəlik sonsuz axirət həyatlarını da itirmişlər. Halbuki, dünyadakı vaxtlarını Allah rizası üçün xeyir və gözəllik uğrunda dəyərləndirmiş olsalar, həm dünyanı, həm də axirəti qazanacaqlar:

 

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır... (Tövbə surəsi, 111)

 

Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

 

İnsanları zənginlik, mövqe və gözəlliklərinə görə qiymətləndirmələri

 

Zənginlik, cahil cəmiyyətlərində ən etibar qazanan dəyərlərdən biridir. Bu cəmiyyətin insanları, kim daha zəngindirsə, ona daha çox hörmət edərlər.

Cahil cəmiyyətin üzvləri ətraflarındakı insanları, əxlaq strukturlarına, dürüstlüklərinə, etibarlılıqlarına, təvəzökarlıqlarına və şəxsiyyətlərinə görə deyil, sahib olduqları pulun çoxluğuna görə qiymətləndirərlər. Çünki bu əxlaqi dəyərlərin, bəhsi keçən cəmiyyətdəki insanların böyük hissəsi üçün demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Onların özlərinə görə sanki ilahlaşdırdıqları anlayış "pul" dur və hər şey buna görə dəyərləndirilir. Məhz bu yanlış anlayışa görə, bəhsi keçən cəmiyyətdə "hər kəsin və hər şeyin bir qiyməti vardır". Necə ki, "pulun açmayacağı qapı yoxdur" sözü bu cəmiyyətlərdə ən məqbul anlayışlardan biridir.

Bu "saxta" üstünlük səbəbiylə cahil cəmiyyətdə "elit" olaraq adlandırılan təbəqəyə qarşı qəribə bir heyranlıq duyulur. Zəngin təbəqənin rəftarları və əxlaqi strukturları nə qədər pis olursa olsun, hətta etdikləri hər cür azğınlıq, "moda" olaraq qəbul edilir. Bu batil fəlsəfəyə görə də cəmiyyətdə əxlaqi cəhətdən ən aşağı səviyyədə olan adam əgər zəngin olursa, cahil cəmiyyətin ən yuxarı səviyyəsinə yerləşdirilir.

Zənginlik qədər əhəmiyyət daşıyan digər meyarlar da mövqe-vəzifə və fiziki gözəllikdir. Gözəl olan insanlara və yaxşı bir mövqeyə sahib olan şəxslərə qarşı səbəbsiz bir hörmət duyulur. Çox vaxt bu kəslərin kim olduğu, necə bir xarakterə sahib olduğu belə bilinmədən, üstünlükləri qəbul edilir. Xüsusilə də özlərini fiziki mənada bəyənməyən və ya müəyyən bir mövqeyə sahib olmayan şəxslər, bəhsi keçən dəyərlərin üstünlük üçün yetərli bir ölçü olduğuna qəti olaraq inanarlar.

Məhz cahil cəmiyyət, sayılan bu xüsusiyyətlər istiqamətində olan yanlış bir sistemə malikdir. Demək olar ki, bütün fərdləri bu dəyərləri daha uşaqlıq illərində öyrənər və qəbul edərlər. Bu batil sistemi qəbul edən hər kəs cəmiyyət içərisində daxil olduğu sinfi və bunun gətirdiyi güc və etibar səviyyəsini bilir. Məsələn, onların batil mühakimələrinə görə, zəngin kasıbdan, təhsilli olan cahildən, mövqe sahibi adi insanlardan, gözəl çirkindən mütləq üstün və yüksək səviyyədədir. Buna görə də aşağıda olan yuxarıda olana qarşı qəribə bir əziklik, təqlidçilik və qısqanclıq hissi bəsləyir. Bu da bəhsi keçən insanları, mənasız bir yarış və rəqabət içinə salar. Yer üzündə var olma məqsədlərini heç düşünməzkən, bütün diqqətlərini bu nəticəsiz etibar savaşında bir yer əldə etməyə verərlər.

Mənasız meyarlara əsaslanan bu təlqin nəticəsində insan özündə, daha aşağı səviyyədəkilər üzərində təzyiq tətbiq etmə haqqı da görər. Məsələn, usta şagirdi əzərkən, şagird da çırağı əzər. Ya da ev sahibi kirayəçini, kirayəçi qapıçını, qapıçı arvadını, arvadı da uşağını eyni batil sistemə daxil edər. Özlərinə görə belə bir üstünlük sırası müəyyənləşdirmişlər. Və hər kəs öz səlahiyyət və hüquqlarının sərhədlərini bilir.

Əlbəttə, bunların hamısı son dərəcə səhv məntiqlərdir. Cahil insanlar əvvəl Allahın əmr etdiyi əxlaq xaricində bir sistem qurar, sonra da təyin etdikləri batil sistemin qaydaları üzündən əzab dolu bir həyat yaşayarlar. Bütün bunlar səthi bir düşüncə sisteminin məhsuludur. Halbuki, həqiqi üstünlük, mal, mülk, şöhrət, güc ya da etibar kimi anlayışlara deyil, insanların Allaha olan imanlarına, təqvalarına və gözəl əxlaqlarına bağlıdır. Bunun xaricində bir insanın nə dərisinin rəngi, nə boyu, nə çəkisi, nə gözəlliyi, nə də maddi vəziyyəti Allah Qatında bir əhəmiyyət daşımaz. Bunların hamısı, insanlar kəfənə sarılıb torpağın altına basdırıldığında əhəmiyyətini itirəcək olan keçici dəyərlərdir. Geriyə tək qalan şey isə insanın Allaha olan imanı və bağlılığı olacaq.

Quranda insanlar üçün məqbul olan ölçü belə ifadə edilir:

 

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

 

Bu şüurda olan insanların meydana gətirdiyi bir cəmiyyətdə yaşamaq şübhəsiz ki, böyük bir rahatlıqdır. Hörmət və sevgi ölçüsünün maddi dəyərlərdən təmizləndiyi, yerini vicdan, dürüstlük, etibarlılıq, gözəl əxlaq kimi fəzilətlərə buraxdığı bir mühit, mövcud olan mənasız rəqabəti də ortadan qaldırar. Bunun yerini alacaq həqiqi və gözəl olan yarış isə, Quranda da bildirildiyi kimi, insanların xeyirlərdə, insani vəsfləri qazanmaqda, hörmətdə və sevgidə yarışmaları olur. Allah xeyirlərdə yarışan qullarının üstünlüyünü Quranda belə bildirir:

 

Məhz onlar yaxşı işlər görməyə tələsər və onlar bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

 

Hər kəsin (hər cəmiyyətin) üz tutduğu bir qibləsi vardır. Elə isə xeyirlərdə yarışın. Harada olsanız, Allah sizləri bir araya gətirəcək. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 148)

 

Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali İmran surəsi, 114)

 

Ağılın və vicdanın istifadə olunmadığı bir mühitdə yaşamaları

 

Cahillik sisteminin təməli, "düşünməmə" üzərinə qurulmuşdur; düşünmədən yaşamaq, düşünmədən danışmaq, düşünmədən qərar qəbul etmək, düşünmədən tətbiq etmək ... Bu batil sistemi mənimsəmiş insanların böyük əksəriyyəti düşünməyi özlərinə görə sanki bir vaxt itkisi və daha da əhəmiyyətlisi bir çətinlik olaraq qiymətləndirərlər. Çünki "düşünmək" eyni zamanda ağılın və vicdanın dövrəyə girməsi deməkdir. Bunun yerinə heç düşünmədən və sorğulamadan bəzilərinin özləri üçün müəyyən etdiyi qaydaları və prinsipləri, adətləri birbaşa həyata keçirirlər.

Misal üçün, özlərinə "tədris edilən" mövzularla qarşılaşdıqlarında nə edəcəklərini bilirlər, amma heç gözləmədikləri ani ya da yeni bir vəziyyət baş verdikdə çarəsiz və əlacsız qalarlar. Içinə düşdükləri qarışıqlıq və tərəddüd, ağılı və vicdanı istifadə etməməyin gətirdiyi nəticələrdən yalnız biridir. Bunun kimi, yenilik etmə mövzusunda da, kor bir məntiq inkişaf etdirmişlər. Məcbur qalmadıqları müddətcə heç bir mövzuya yenilik gətirməzlər.

Yuxarıda açıqladığımız xarakter əgər diqqətlə dəyərləndirilməzsə, yanlışlığı tam olaraq fərq edilməyə bilər. Möminlər üçün edilən hər hərəkətin, deyilən hər sözün şüurla edilməsi vacibdir. Diqqətsizlik, laqeydlik, məsuliyyətsizlik kimi xüsuslar möminlərin çəkindikləri mövzulardır. Bu səbəblə, Allahın əmrlərinə qarşı həm son dərəcə hörmətli, həm də bu əmrləri yerinə yetirmək mövzusunda həssasdırlar. Bu həssaslıqlarını vicdanlarını istifadə etmək mövzusunda da göstərirlər. Bu xüsusiyyətləri ilə cahil insanlardan tamamilə ayrılırlar. Məsələn, cahil cəmiyyət, özlərinə təsvir edilən və cəmiyyət tərəfindən qəbul edilən yaxşılıqları edərlər. Lakin çox vaxt bu yaxşılıqları nə üçün etdiklərini belə düşünmürlər. Yanlarındakı adama peşman olmamaq üçün, hətta digər insanlara göstəriş edə bilmək üçün bu cür davranan kəslər belə vardır.

Gündəlik həyatda bu rəftarların saysız nümunəsi ilə qarşılaşmaq mümkündür. Amma əsas olaraq bu, əsas həyat fəlsəfəsidir və nəticələri çox daha ciddi zərərlərə yol açar. Uğradıqları ən böyük zərər isə, ağıl və vicdandan istifadə  edərək düşünməmələri səbəbiylə, Allahın böyüklüyünü və axirətin varlığını qavraya bilməmələridir. Quranda cahil cəmiyyətin ağıllarını istifadə etməmək xüsusiyyəti, "Bu, şübhəsiz ki, onların ağılsız bir qövm olmaları səbəbindən belədir." ayəsiylə xəbər verilmişdir. (Həşr surəsi, 14)

İnananlar isə, ağlın və vicdanın nə cür böyük bir nemət olduğunu dərk edən kəslərdir. Həyatlarının hər mərhələsində bu imkanlardan sonuna qədər faydalanırlar. Gördükləri hər hadisə üzərində düşünür, ən ağıllı və ən vicdanlı rəftarı taparlar. Hər hadisənin nümunə ya da ibrət alınacaq istiqamətlərini görür, daha sonrakı hadisələrdə bu təcrübələrindən istifadə edirlər. Heç bir zaman keçmişdəkilərin özlərinə qoyduqları sistemləri sorğusuzca tətbiq etməzlər. Həqiqətən faydalı bir şey varsa bundan yararlanır, ancaq bir səhv varsa da asanlıqla Allahın razı olacağı davranışa yönələrlər. Dünyada belə hüzur və xoşbəxtlik içində yaşadıqları kimi, bir ömür boyu vicdanlı davranmalarına görə sonsuz cənnət həyatını qazanar və axirətdə də rahat bir həyat yaşayarlar.

Məhz bütün bunlar ağılın və vicdanın gətirdiyi nemətlərdəndir.

 

Əxlaqi dəyərlərin degenerasiya olduğu bir mühit

 

İslam əxlaqını yaşamanın gətirdiyi gözəlliklər məhv edildikdə ortaya çıxan vəziyyət, heç bir insanın rahat edə bilməyəcəyi və hətta zərərə məruz qalacağı bir görüntü yaradır. Belə bir vəziyyətdə qarşılaşacaq olan ən təhlükəli və narahatlıq verici şeylərdən biri "qanunsuzluq və sərhəd tanımazlıq"dır. Bu sistemdə hər fərd öz qaydalarını özü müəyyən edir. Bu qaydaların hər biri, qəti sərhədlərlə müəyyənləşməmiş dəyişkən ölçülərə əsaslanır. Əsas ölçü, cəmiyyət içərisində həddindən çox qaçmamaq və çox qarşılıq almamaqdır. Bu batil sistemə uyan insanların bir qismi, cəmiyyətə sezdirmədən və ifşa olmadan edilən hər şeyin "sərbəst" olduğuna inanırlar. Bəhsi keçən kəslər, kənara istiqamətli danışıqlarında həmişə əxlaq və fəzilət mövzusunda ehkam edərlər, əksini müdafiə edənlərə şiddətlə qarşı çıxarlar, amma kimsənin görmədiyini düşündükləri mühitlərdə bunun tam tərsi bir rəftar sərgiləyərlər.

Fəlsəfələrinin əsaslandığı təməl də budur onsuz. Allahın hər an hər yerdə olduğunu və hər etdiklərini gördüyünü, hər söylədiklərini duyduğunu düşünməzlər. Beləcə özlərinə, əxlaqi degenerasiyanı rahat şəkildə davam etdirə biləcəkləri bir zəmin hazırladıqlarını zənn edərlər.

Bu kəslərin ən əhəmiyyətli səhvlərindən biri də degenerasiyanı, digər mənada müasirliyin göstəricisi sanmalarıdır. Hətta əxlaqi dəyərlərə əhəmiyyət verdiklərində alçalacaqlarına inanır, bu səbəblə olduqca sərhəd tanımayan bir insan imici verməyə çalışırlar. Həqiqətən də, cahil cəmiyyət içində bu yanlış məntiqə tez-tez rast gəlmək olar. Məsələn, yolda pulunu salan birinin arxasından qaçıb, pulunu geri verməyi təklif edən bir adam yanındakı yoldaşları tərəfindən lağ edilə bilər. Bu tip bir vəziyyətdə bəzi insanların arasında əsil qəbul edilən rəftar, pulunu salan adamın arxasından lağ edərək əylənmələri və pulu bir an əvvəl öz mənfəətləri üçün xərcləmələridir.

Bu nümunələri oxuyan bəzi insanlar "mən belə bir şey etmirəm bu səbəblə cahillik sistemindən tamamilə uzaq yaşayıram" şəklində düşünə bilərlər. Halbuki, bunlar cahil cəmiyyətin çirkin əxlaqının və tətbiqlərinin yalnız bir-iki nümunəsidir və cahillik sistemi, özünə tabe olan adamın həyatının hər anında özünü hiss etdirən əhəmiyyətli əxlaq pozuqluqları ehtiva edir. Bu batil anlayış içərisində iffət, namus, dürüstlük kimi anlayışlar da əhəmiyyətini itirər. Saxtakarlıq, yalan söyləmək son dərəcə adi bir hal alır. Belə bir vəziyyətdə Allah qorxusunun gərəyi kimi yaşandığını söyləmək mümkün olmaz. Bu səbəblə, insan etdiyi işlərdə bir səhv görməyəcək və etdiyi hərəkətlərə dözülərək davam edəcək. Əvvəllər yalan söyləməyi qəbahət görməyən bir insan, gedərək qarşısındakı kəsləri aldatmaq, bir başqasının evini, iş yerini soymağı qəbahət görməyəcək. Öz mənfəətini qorumaq üçün bir başqa adama asanlıqla böhtan ata biləcəkdir. Bu sistemdə insanın qarşısındakı bir insana güvənməsi də mümkün olmaz. Qarşısındakı insan da özü kimi asanlıqla yalan söyləyən, öz mənfəəti üçün dostlarını, ailəsini ata bilən bir insan olmuşdur. Bu çirkin əxlaqı yaşayan insanların etdikləri əxlaqsızlıqlara guya bəhanə olaraq qarşıya qoyduqları vəziyyət isə, insanın özünü qorumasıdır. Halbuki, Quranda din əxlaqından uzaq yaşayan insanların, öz əlləri ilə özlərini zərərə salan bir sistem meydana gətirdikləri belə xəbər verilmişdir:

 

Şübhəsiz ki, Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunis surəsi, 44)

 

Quran əxlaqının yaşandığı mühitlər isə insanlara hər istiqamətdən təhlükəsizlik və hüzur gətirər. Ətraflarındakı hər insan Allahdan qorxduğu üçün Allahın sərhədlərini qoruyur. Nə izdihamda, nə də yalnızkən rəftarlarında bir dəyişiklik olmaz. Allahın qoyduğu sərhədləri qoruduqları üçün, təbii olaraq ətraflarındakı insanların hüquqlarına qarşı da son dərəcə diqqətlidirlər. Dürüstlükdən, səmimiyyətdən heç bir şəkildə güzəştə getməzlər. Bu cür insanlardan ibarət bir cəmiyyətdə heç vaxt qanunsuzluq, həddini aşmaq kimi vəziyyətlər meydana gəlməz. Bütün əxlaqi dəyərlər həqiqi mənasıyla yaşanır.

 

Dürüstlük və səmimiyyət əvəzinə mənfəət əlaqələri

 

Cahillik anlayışının gətirdiyi mənfəətpərəstlik, həqiqi dostluqların yaşanmasına lap əvvəldən mane olar. Çünki dostluq, insanların lazım olduğunda qarşı tərəfin maraqlarını öz maraqlarından üstün tutmasını, zaman-zaman sədaqətli olmasını, qarşı tərəfin hüzuru, rahatlığı üçün əmək sərf etməsini, fədakarlıq göstərməsini tələb edir. Bu tərz bir fədakarlıq isə, cahil cəmiyyətin məntiqiylə tamamilə ziddir. Öz səthi məntiqlərinə görə, dünya keçici, ömür də çox qısa olduğu üçün, heç bir zaman fədakarlıq etməməli, əksinə mənfəət əldə etməlidirlər.

Ancaq qurduqları bu yanlış məntiq hörgüsü sandıqları kimi özlərinə fayda verməz. Tam tərsinə bu sistemin pozuqluğu səbəbiylə bunun çətinliyi yenə özlərinə dönər. Həyatları boyunca səmimiyyətsiz və ikiüzlü bir mühitdə yaşamaq məcburiyyətində qalarlar. Görünüşcə dost olduqları insanlarla əslində müxtəlif mənfəətlərə əsaslanan bir münasibət içərisində olduqlarını bilirlər. Qeyri-adi bir hadisə olduğunda ya da maddi-mənəvi bir yardıma ehtiyac duyduqlarında "dost" bildikləri kəslərin özlərini üzüstə buraxa biləcəklərindən demək olar, heç şübhələri yoxdur. Çünki özləri də eyni mənfəətpərəst anlayış içərisində qarşılarındakı insanlara bu gözlə baxırlar. Bu səbəblə də, həyatları boyunca "həqiqi dostları" olmadığından şikayətlənərlər.

Cahil cəmiyyətlərdə insanların böyük əksəriyyətinin yoldaşlıq əlaqələrinə olan dünyagörüşü belədir: Əgər nəticə adama çox mənfəət qazandıracaqsa, ancaq bu şərtlə fədakarlıq edə bilər, səmimi və dürüst bir dostluğun müvəqqəti bir müddət üçün təqlidini edə bilər. Amma insan gözlədiyini əldə etdikdən sonra bir anda heç çəkinmədən soyuq və məsafəli bir rəftar göstərərək dostluğunu bitirə bilər.

Bu, cahil cəmiyyət arasında çox yaxşı tanınan bir sistemdir və bundan hər kəs zaman-zaman nəsibini aldığı üçün kimsə kimsəni qınamaz və qarşı çıxmaz; hətta bəzən evliliklər ya da ailə içi əlaqələr belə bəhsi keçən maraqlar üzərində qurula bilər. Evlənəcək olan insan, dostluq, hörmət, sevgi, qarşılıqlı güvən kimi anlayışlardan çox, ailəsinə və özünə nə qədər mənfəət təmin edə biləcəyini hesablayaraq yaxınlaşar qarşı tərəfə. Mənfəət əlaqəsini ictimai bir həqiqət olaraq qəbul etdiklərindən, yaxın ətrafları ilə danışarkən bu həqiqəti dilə gətirirlər. Məsələn, zəngin bir insanla evlənəcək olan insan, "Sonunda onu aldatdım, bağladım" kimi sözlər istifadə edir. Əməllərinə görə öyünər və tutduqları fürsətdən maksimum dərəcədə faydalanmağı qanun bilərlər. Qadınlarına ən gözəl avtomobili, evi aldırır və gələcəklərini zəmanət altına almaq məqsədiylə adlarına mal-mülk salmağa çalışırlar. Bu, əslində hər nə qədər açıq şəkildə qəbul edilməsə də, qarşılıqlı bir alverdən başqa bir şey deyil. Əgər bu münasibətlərində zəngin olan, yəni "aldadılan" tərəf kişidirsə, qadın pul qarşılığında evlənərək özünə sərfəli bir alış-veriş etmiş olur. Eyni şəkildə kişi də özünü aldadılan olmaqdan çox, aldadan olaraq görür. Çünki o da özünə görə müəyyən mənfəətlər güdərək bir müqavilə bağlamışdır; birlikdə olduğu adam əgər zəngin isə zənginliyindən, ətrafı və etibarı varsa, bunlardan istifadə edəcək, gözəldirsə onun gözəlliyiylə öz aləmində öyünəcək. Ya da bunların heç biri olmasa belə bir ömür boyunca özünə baxdıracaq, evini təmizlədəcək, yeməyini hazırladacaq və özünə uşaq doğuzduraraq nəslini davam etdirəcəyi bir imkan yaradacaq.

Bu çirkin məntiq əlbəttə, mənəvi dəyərlərdən, dinin gətirdiyi gözəl əxlaqdan uzaq olmanın doğurduğu bir nəticədir. İnsanları yalnız mənfəət əldə edəcək bir vasitə olaraq görmək, dinsizliyin cahil cəmiyyətlərdə meydana gətirdiyi ən böyük təxribatlarından biridir.

Belə ki, bu yanlış məntiq bir müddət sonra bir çox valideyn tərəfindən ailənin digər fərdlərinə də ötürülür. Bir müddət sonra uşaq da ailəsini özünə baxan, böyüdən, təhsil, iş və evlilik imkanı təmin edən, etibar qazandıran əhəmiyyətli bir qaynaq olaraq görməyə başlayar. Onsuz da valideynləri də onu, yaşlandıqlarında özlərinə baxacaq yaxşı bir investisiya olaraq qiymətləndirər, bu səbəblə də, heç bir fədakarlıqdan çəkinməzlər. Bunlar çox vaxt dilə gətirilməyən amma din əxlaqından uzaq olan cəmiyyətlər içində sıx olaraq yaşanan hadisələrdir.

Göründüyü kimi, cahil cəmiyyətin hər fərdi istisnasız olaraq bu quruluşa əməl edər və mənfəət əldə etmənin yollarını axtarar. Bu sistemin özlərinə qısa zamanda daha çox mənfəət qazandırdığına və olduqca ən ağıllı hesabları etdiklərinə inanarlar. Halbuki, həqiqi mənada səmimiyyəti, dürüstlüyü və dostluğu yaşaya bilməmək, yoldaşları, uşaqları da daxil olmaq üzrə birlikdə olduqları hər insanın özlərinə mənfəət məqsədiylə yaxınlaşdığını bilmək çox böyük bir itkidir. Bu səbəblə, bu insanların dünya həyatında heç bir dost və köməkçiləri olmaz.

Ancaq cahil cəmiyyətin yanlış məntiqinin gətirdiyi zərər bura qədər bitməz. Eyni yalnızlıq sonsuz axirət həyatında da davam edər. Allah bu vəziyyəti əvvəldən xəbər verərək insanları belə bir ziyana qarşı xəbərdar etmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Quran əxlaqına uyan insanlar isə hər şeydən əvvəl Allahın dostluğunu və razılığını qazanmış olmaqdan ötrü böyük bir qazanc içərisindədirlər. Bununla yanaşı peyğəmbərlər, mələklər və bütün iman gətirənlər, möminlərin həqiqi və səmimi dostlarıdır və bu dostluqları sonsuz axirət həyatında da ən gözəl şəkliylə davam edəcək:

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

 

İNSANIN QİDASI SEVGİ VƏ ŞƏFQƏTDİR, MƏNFƏƏTDƏ HƏQİQİ SEVGİ OLMAZ

 

Aparıcı: "Sizi nə zaman izləsəm hər mövzuda soruşulan sualları heç çaşmadan cavablandırdığınızı görürəm və sizə olan heyranlığım artır. Elmimi artırmaq üçün həmişə kitablarınızdan və internet saytınızdan faydalanıram. Sizə sualım bu olacaq, 24 yaşındayam dinimə həmişə faydalı olmaq istəyirəm, özümü inkişaf etdirmək istəyirəm, lakin ailəmin tək dərdi məni bir an əvvəl evləndirmək və nəvə sahibi olmaqdır. Buna görə mənə daima təzyiq edirlər, indi sizi ailəvi izləyirik və buradan ailəmə daha ətraflı məlumat verə bilərsinizmi və nə tövsiyə edərsiniz? Təşəkkürlər", Ayşə Numan Rizedən yazır.

 

ADNAN OKTAR: Bəli, mən bəzi ailələri görürəm uşaqlarını belə inkubator kimi görürlər, yəni dərhal evlənsin, dərhal doğsun, dərhal bunu etsin. Bir dəfə o uşağı yetişdirdinmi sən? Ümumi mədəniyyətini, imanını, ağlını, ruhunu və bədənini inkişaf etdirdinmi, yəni ona bir faydan oldumu? Birincisi, onları həll etmək lazımdır, sonra da onu onların qəlbinə buraxmaq lazımdır. Balaca uşağı tanımadığı, bilmədiyi bir insanın qucağına atmaq, nə edirsən et demək olmaz. İnsan mühəndismiş, insan həkimmiş, mövzu bitdi. Iflic olurlar elə bir şey olduğunda, maaşlı və hər hansı bir vəzifəsi varsa, digərləri artıq təfərrüat olur. Üstəlik də maşını, evi varsa insanın əxlaqı çox-çox uzaq bir təfərrüat olur. Saçaqlar alnına düşmüş kimi sanki fövqəladə bir mövzuymuş kimi, olsa nə olar, olmasa nə olar kimisindən. O uşaqlara necə əziyyət edirlər, mən bilirəm, evlənən gənc qızlar çox görürəm, nur kimi, aslan kimi dəbdəbəli və xeyli gözəl, evlənir üç il, dörd il sonra insanlıqdan çıxmış, çökmüş, yaşlı qadın olmuş, belə xala olmuş sanki. Deməli, bir zülm görür bu insanlar, çünki xoşbəxtliyi axtarar qadın, sevinci axtarar, sevgini, şəfqəti mərhəməti axtarar, dostluğu axtarar, qadın çox nazənin varlıqdır. Onun qidası sevgidir, məhəbbətdir, şəfqətdir, təmizlikdir, istirahətdir. Məsələn, qadının idman etməsi çox əhəmiyyətlidir, qidalarına diqqət etməsi çox əhəmiyyətlidir, məsələn kədər qadını çox məhv edər, çox-çox şən olması lazımdır mühitin. Çox həssas varlıqlardır, tez inciyər qadınlar, tez kədərlənərlər. Yəni təfərrüatçı olduqları üçün, çox ağıllı, zəkalı varlıqlardır, incəlik gördükləri üçün çox-çox kədərlənərlər. Çox üzr istəyirəm, mal kimi bir adama verirlər uşağı, al götür deyirlər, tanımaz bilməz. "Salamünaleyküm" deyir, anasıyla atası gəlir, bir əlində çiçək dəstəsi, bir əlində şokolad qutusu, bir az danışırlar, "balam anlat" deyir, bax, nəyin var? Ərazisindən bəhs edir, evindən və s., danışdıqca anasının-atasının gözləri işıldayır, parlamağa başlayır. Məhz "belə malım var, elə malım var" deyir mövzu bitir onsuz da, ikinci gəlişində "al götür, sənindir" deyirlər, mövzu bitmişdir. Ondan sonra o uşağa edilən işgəncə, ona edilən hörmətsizliklər, təhqirlər, nalayiq və həyasız rəftarlar onlar üçün çox təbii bir şey olmuş olur. Yəni hətta özlərini nümunə göstərirlər, öz evliliklərində də bunların olduğunu söyləyirlər. "Qohumlarından da var, dünyanın halı belədir" deyir, "dünya belədir" deyir.

İnsan biricik uşağına necə qıyar? Biricik deyərkən gənc qız, qız uşağıdır bu, çox diqqətli olmalıdırlar, bir sözlə yəni qarşısındakı insanın onu özlərindən çox daha yaxşı qoruyub mühafizə edəcəyinə və mükəmməl bir əxlaqa sahib olduğuna səmimi inanmaları lazımdır, Allahdan çox qorxduğuna, Allaha tam təslim olduğuna, Allaha xidmət etdiyinə, Allaha özünü həsr etdiyinə səmimi inanmaları lazımdır. (Adnan Oktarın Kral Karadeniz TV reportajından, 6 fevral 2009)

 

  

ALLAHIN QOYDUĞU ÖLÇÜLƏRƏ TABE OLMAQ VƏ ALLAH SEVGİSİNİ AXTARMAQ

 

ADNAN OKTAR: Mənim çox hadisədə gördüyüm budur, bəzi qadınlar avtomobilin nişanını ilk gördüyündə şiddətli eşqi hiss etməyə başlayır. Avtomobil, marka və çox bahalı bir maşınsa o eşqin həyəcanı bir dəfə daha artır, üstündəki paltarlar də əgər bahalıysa şəxsin, bir də yaxşı bir məktəbdən məzundursa, atası da zəngindirsə artıq o eşq onun gözünü çevirir, şiddətli bir ehtirasa çevrilir, artıq əli ayağı boşalır, hər şeyini verəcək hala gəlir elə tiplər, mən eşidirəm. Sonra bir gün deyir ki, şəxs, "atam iflas etdi və normal olaraq iqtisadi böhran səbəbindən mən də iflas etdim" deyir. Qadının başında bir işıq sönür sanki beyninin içərisində, o eşq bir anda itir, nifrət etdiyi bir məxluq qalır geridə, yəni böyük bir ikrah və nifrətə çevrilir. Məhz bu, Allahın bu insana verdiyi bir cəzadır, çox böyük bir rüsvayçılıqdır halbuki, Allah rizası üçün sevmiş olsa onun fabriki da getsə, iş də getsə, gəlsə də heç fərq etməz. Gəlirsə Allahın bir neməti olaraq görür, gedərsə də Allahdan bir xeyir olaraq görür, heç bir şəkildə təsir etmir. Amma, uşaq kiçik yaşda yanlış öyrədilir. Məhz mən bəzən analar görürəm, nə qədər həkimlər, mühəndislər qızını istəmiş də, verməmiş, yəni insan utanır bu sözü söyləyərkən. Niyə demirsən necə təqvalı insanlar istədi, necə dindar insanlar, gözəl əxlaqlı, çox ağıllı insanlar istədi də vermədim desə, yenə hardasa bir məntiq ola bilər, amma yenə bu da anormal olur, çünki ağıllı bir insan görsən verərsən onsuz da qızını, amma həkim və mühəndis, nə hikmətsə belə yaxşı pul gətirənlərdən bəhs edərək bunu da iftixarla izah edirlər eşidənlər, bir çox kişi təqdir edir "nə qədər gözəl danışdı" deyir. Halbuki, burada çox böyük bir alçaldılma var və çox çirkin bir ifadədir bu. O gənc qızı da, uşağı da kölə yerinə qoymaqdır bu və doğru olmayan izahdır. Gənc qızlar həmişə elə öyrədildikləri üçün, uşaqların əksəriyyəti həmişə belə zəngin birisini axtarma meylində olurlar. Şəxsiyyətsiz olması, psixopat olması onları heç maraqlandırmır. Məsələn, o uşaqları döyürlər, söyürlər, alçaldırlar, ailələri deyir ki; "Balam, sənin yoldaşındır təbii ki, döyəcək" deyir, "çox normaldır" deyir. Kişi qovur küçəyə atır, göndərir geri, ailəsi də alıb sevinc içində geri gətirirlər, ya qüsura baxma oldu bir dəfə filan deyə, belə çox acı bir çıxılmaz vəziyyət, belə bir rəzalət, bir çox yerdə özünü göstərər. Nə qədər zavallı qadınlar faciəvi şəkildə əzilirlər, nifrət edib diksinmələrinə baxmayaraq ailələrinin təlqinləri ilə, ətraf mühitin təlqinəri ilə o məxluqlara dözürlər, yəni iyrəndiyi və diksindiyi halda məhz "sənin yoldaşındır, uşağım" deyir, "dözmək lazımdır" deyir, "çox normal" deyir, "filankəs də buna dözür, nə var bunda" deyir hətta özündən nümunə verir. "Sənin atan da elədir" deyir, ona da dözdüyünü söyləyir, yəni uşaqlar belə yanlış bir təhsildən keçirilir bir qismi. Bunlar doğru deyil, həqiqi Allah sevgisi Allah üçün olan sevgi qadının ruhuna bir atəş kimi təsir edər, qorxunc zövq verir, çox gözəldir qadın üçün, kişi üçün də şiddətli yandırıcı təsiri olan çox dərin bir duyğudur, böyük bir zövqdür, bu zövqü almaq əvəzinə materializmin içərisinə girib o əzabın, o kirin içərisində sanki boğuşurlar. İyrəndiyi bir insanla daim birlikdə olmaq vəziyyətində qalır və ömür boyu bu əziyyəti çəkirlər. Çünki əxlaqından nifrət edir, şəxsiyyətindən nifrət edir, həmişə yalan söyləyir, davamlı tərs danışır, qadının qürurunu qırır, sevgisizliyi açıq-aydın müəyyən olur əlindən, üzündən, onun bütün sevgisi malında, mülkündə olur. Qürurlu və eqoist olur və qadının dəyərini bilmir. Nə qədər belə gözəl qadın bu şəkildə heç olur bütün ömürləri və çökürlər. Mən belə bir çox gözəl qadın gördüm təəssüf, yəni illər sonra görürəm, əli-üzü qırış-qırış olmuş, pərişan olmuş sanki insanlıqdan çıxmış, məhv olmuş, bütün gəncliyi o şəkildə keçib gedir. Ruhundakı o cövhər də gedir, ruhundakı o dərinlik də məhv olur, çox yazıq olur. Onun üçün ən gözəl ölçü Allahın qoyduğu ölçüyə tabe olub həqiqi eşqi axtarmaq, Allahın o gözəl təcəllisini axtarmaq, çox səmimi olmaq, çox dürüst olmaq, Allahdan çox qorxmaq və Allahı çox sevməkdir. Bunun meydana gətirəcəyi dərin zövqün, təəccüblü və çox sarsıdıcı olan zövqün, Allahdan bir nemət olaraq möminə təqdim edildiyi də bilinməlidir. Sırf müsəlmanlara xasdır, Allahdan həqiqətən qorxanlara xas belə dərin bir möcüzə vardır. Bunu çox-çox az insan bilir, yəni bilmədikləri üçün bu bəlanın içində yaşayırlar. Bilsələr bəlkə onlara dünyaları versələr, yenə getməyəcək o insanlar. Həqiqi imanla sevmənin nə qədər zövqlü və gözəl olduğunu bilsələr onların nə fabrik gözündə olar, nə o pul, nə avtomobil, nə başqa bir şey, amma fərqində deyildirlər. (Cənab Adnan Oktarın 3 fevral 2009 Tarixli Tempo TV reportajından)

 

 

EVLİLİK SAF SEVGİ ÜSTÜNDƏ QURULMALIDIR

 

ADNAN OKTAR: ... Evlilik saf sevgi üstünə olur. Allahın təcəllisi olaraq o insanı sevərsən. Və bütün məqsədin Allahın verdiyi o əmanəti, yoldaşın olaraq, hətta bir növ bacısı kimi görərək, hətta bir uşağı kimi görərək, övladı kimi görərək o əmanəti qoruyub-saxlamaq və onu dünya şərtlərində ən yaxşı şəkildə yaşatmaqdır.

Saf sevgiyə əsaslanması lazımdır. Allahın təcəllisi niyyətiylə baxmaq lazımdır. İnsan ehtirası yaşamaq üçün evlənər. Allahın verdiyi o gözəl hissi, dərinlik hissini yaşamaq üçün və Allaha birlikdə gözəl qulluq edə bilmək üçün, Allahın razılığını qazanmaq üçün insanlar evlənirlər. Allahın təcəllisi niyyətiylə insan sevilir. Başqa cür çox qəribə və çox çətin bir çəkindiriciliyi var, yəni çox çətin çəkindiriciliyi. Allah qorusun. (Cənab Adnan Oktarın 2 fevral 2009 tarixli Ekin TV reportajından)

 

Yaşadıqları mühitlərin təmiz olmaması

 

Cahil cəmiyyətin insanlarının yalnız həyatda qalmağı hədəfləyən səthi həyat anlayışları, onları təmizlikdən uzaq bir həyat tərzinə doğru sürükləyər. Bu anlayışın əsasında duran səbəblərdən biri, çox qısa davam etdiyini bildikləri dünya həyatını tələm-tələsik yaşayaraq zaman qazanma və dünyanın imkanlarından bir az daha çox faydalanma istəyidir. "Həyatın dadını çıxarmaq", "gününü gün etmək" kimi xəyali anlayışlarla ifadə edilən bu istək, cahil cəmiyyətdə qondarma "müasir həyat forması" olaraq adlandırılaraq təşviq edilir.

Bununla yanaşı, insanların özlərindən başqa kimsəyə həqiqi mənada dəyər verməmələri, hörmət və sevgi bəsləməmələri belə bir həyat şəklini də özü ilə gətirir. Məsələn, insanların bir-birlərinə hörmətlərini itirdiyi evliliklərdə bu vəziyyət açıq şəkildə görülür. Hər iki tərəf də evləndikdən dərhal sonra, evlilikdən əvvəl təhlükəli gördüyü bir çox rəftarı tətbiq etməyə heç bir tərəddüd hiss etməz. Axşama qədər yuyunmamış çirkli bir üzlə, çirkli bir ağızla və baxımsız bir bədənlə, pijamalarla gəzmək, bütün gün dağınıq qalan yataqları, qab-qacaq dolu mətbəx dəzgahlarını adi qarşılamaq, həmişə bu pis məntiqin məhsullarıdır.

Halbuki, bu məntiq insanlara qarışıqlıq, nizamsızlıq və çətinlikdən başqa bir şey gətirməz. Bu səhv məntiqi mənimsəyib yaşayan insanlar, insanı insan edən bütün xüsusiyyətləri bir kənara buraxar və vaxt itirməmə adı altında insani dəyərlərdən kənarlaşdırılaraq yaşamağa çalışırlar. Yalnız idarə edəcək və sistemi davam etdirəcək qədər bir tətbiq edər, gerisini isə boş verərlər.

Misal olaraq, təmizliyi yalnız xaricdən baxıldığında pisliyin fərq edilməyəcəyi qədər səthi edərlər. Bəzi insanlar vanna qəbul etməyi, çirklənən geyimlərini, dəsmallarını, çarşablarını dəyişdirməyi, ütüləməyi ya da ortalığı toplamağı bir vaxt itkisi olaraq görür və diqqətə çarpan bir kir meydana gəlmədikcə təmizləməzlər. Kirləndiklərində çox zaman, xüsusilə də soyuq havalarda, yuyunmağa tənbəllik edərək yalnız saçlarını yumaqla kifayətlənərlər. Bəzi qadınların bunun üçün tapdıqları bir başqa üsul da, bərbərə gedərək tələm-tələsik saçlarını yumaq və uyğun bir şəklə salmaqdır. Bu saç modeli pozulana qədər də bir daha yuyunmağa ehtiyac duymazlar. Çirklənən bədənlərini, vurduqları bir ətir və ya dezodorantla kamuflyaj etməyə çalışırlar, amma bu üsul, çirkli bədənlərini çox daha narahatedici bir hala gətirməkdən başqa bir işə yaramaz. Paltar olaraq əhəmiyyət verdikləri təmizlik şəkli isə, yalnız xarici paltarlarının görünüşüdür. Jaketlərində, şalvarlarında ya da paltolarında ciddi bir ləkə meydana gəlmədiyi müddətcə yumazlar. Bunun xaricində siqaret, iş, yemək kimi ağır qoxuların üzərlərinə sinmiş olmasında bir qəbahət görməz və bunu təmizlənmək üçün kafi bir səbəb olaraq düşünməzlər.

Bu cahilcə "təmizlik anlayışı" xüsusilə bəzi gənclərdə daha diqqətə çarpan bir şəkildə özünü göstərir. Ən gözəl gördükləri paltarlardan biri cırıq və köhnəlmiş cins geyimlərdir. Dərbədərlik anlayışını çox yaxşı əks etdirən bu paltarların çirkliliyi isə özlərinə ayrı bir "hava" ünsürüdür. Məsələn, universitetlərdə, diskolarda ya da məhəllə aralarında, səkilərdə, pilləkənlərdə oturmaq, yağlı buterbrod ardından əl-üzü yumamaq, çirkdən qaralmış dəri paltolarla, rəngini itirmiş kürək çantalarıyla, palçıqlı postallarla (əsgərlərin geyimi) gəzmək cahillik anlayışında moda olacaq qədər qəbul edilən bir həyat şəklidir. Şkafların təmizlənməsi, toplanması kimi bir vərdişdən söz gedə bilməz. Çirkli paltarlar, təmiz paltarların olduğu şkaflara yumalanaraq atılır və bir şey axtarıldığında, bu qarışıq yumaq içində tapılmağa çalışılar. Həftədə bir təmizliyə gələn yardım xaricində evdə hər hansı bir iş edilməz. Yeməklər belə qab-qacaq çıxmasının qarşısını almaq üçün "fast food" adıyla ifadə etdikləri hazır qidalardan və asanlıqla zibilə atıla biləcək qutu içkilərdən ibarətdir.

"Müasirlik" adı altında təqlid edilmək istənən bu pis anlayış və həyat forması, özünü "aydın-intellektual" olaraq təqdim etməyə çalışan cəmiyyət seqmenti içindəki bəzi kəslərdə də olduqca geniş yayılmışdır. Bəhsi keçən kəslər, aydın olmanın sirrini çirkli saqqallarda, baxımsız yağlı saçlarda, yırtıq paltarlar, olduqca dağınıq, siqaret qoxusundan və tüstüsündən keçilməyən qarışıq mühitlərdə gizləndiyinə inanırlar. Havalı və təmiz mühitlərdə, tərtibli və nizamlı məkanlarda, baxımlı bir görünüşlə, ütülü və təmiz paltarlarla yaşamanın peşələriylə uyğun gəlməyəcəyini, yaraşıqlıqlarını yox edəcəyini düşünürlər.

Belə sağlam olmayan şərtlərdə dərbədər bir həyat sürmək, bu məntiqi mənimsəyən gənc, yaşlı hər insana zərərdən başqa bir şey qazandırmaz. Sağlam olmayan qidalanmaqdan və pislikdən ötrü xəstəlikdən qurtulmazlar. Siqaret tüstüsüylə örtülü mühitlərdə yaşamaqdan rəngləri saralar, dəriləri solar, ciyərləri zərər görər. Bunlar yalnız bədənlərində gördükləri zərərlərdir. Bununla yanaşı həmişə dağınıq və pis mühitlərdə, özləri kimi baxımsız və çirkli insanlarla iç-içə yaşamaq məcburiyyətində olmaları ruh sağlamlıqlarına da mənfi istiqamətdə təsir edər. Zamanla gözəllikdən, estetikadan, təmizlikdən, incə düşüncədən zövq almayan laqeyd və reaksiyasız bir quruluşa bürünərlər. Bu vəziyyət əlbəttə ki, bilərək və istəyərək etdikləri ağılsız seçimin nəticəsidir.

Cahil insanların yaşamadıqları Quran əxlaqı isə müsəlmanları, ən gözəl və ən təmiz mühitləri hazırlamaları üçün təşviq edər. Allah inananlara yeməklərindən, paltarlarından, yaşadıqları mühitlərə qədər hər şeylərində mütləq təmizliyi layiq görmüş və əmr etmişdir:

Libasını təmizlə. Pislikdən qaçıb uzaqlaş. (Muddəssir surəsi, 4-5)

 

Ey insanlar, yer üzündə olan şeyləri təmiz və halal olaraq yeyin ... (Bəqərə surəsi, 168)

 

Səndən nəyin halal edildiyini soruşurlar. De ki: "Bütün pak nemətlər sizə halal edildi." ... (Maidə surəsi, 4)

 

... O (Peyğəmbər), onlara marufu (yaxşılığı) əmr edir, münkəri (pisliyi) qadağan edir, təmiz şeyləri halal, murdar (pis) şeyləri haram edir ... (Əraf surəsi, 157)

 

Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!” – dedik. (Bəqərə surəsi, 125)

 

... Dedilər ki: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir; indi birinizi bu gümüş pulunuzla şəhərə göndərin ki, hansı yemək təmizsə baxsın, ondan sizə ruzi gətirsin ... (Kəhf surəsi, 19)

 

Öz dərgahımızdan ona (Yəhya) bir sevgi həssaslığı və təmizlik (də verdik). O, müttəqi idi. (Məryəm surəsi, 13)

 

Cahil insanların müasirlik adı altında meydana gətirdiyi dərbədər həyat tərzi, öz əlləri ilə özlərinə narahat və sağlam olmayan mühitlər hazırlayarkən, müsəlmanlar Quran əxlaqına uyaraq, dünyada da çox keyfiyyətli, nəcib, təmiz və yaxşı bir həyat yaşayarlar.